
"Zirə"nin futbolçusu Toni Qomes Qvineya-Bisau millisinə dəvət alıb.
Klubdan Sportnet.az-a verilən məlumata görə, 24 yaşlı hücumçu Konqo Demokratik Respublikası və Haitiyə qarşı keçirəcəyi oyunlar üçün yığmaya çağırılıb.
Qeyd edək ki, Toni Qomes cari mövsümün əvvəlində "qartallar"la 2 illik müqavilə imzalayıb.