"Sabah" komandasının baş məşqçisi Murad Musayev Azərbaycan və Rusiya yığmaları arasında yoldaşlıq görüşünü izləmək istədiyini söyləyib.
Sportnet.az-ın məlumatına görə, 39 yaşlı mütəxəssis bu barədə "RB Sport"a açıqlama verib.
O, Rusiya seçməsinin durumunun çətin olduğunu vurğulayıb: "Belə görüş maraqlı olardı. Amma təəssüf ki, mənim federasiya ilə əlaqəm yoxdur. Ona görə Azərbaycanda insanların bu barədə nə düşündüyünü bilmirəm. Bakıda yaxşı stadion var. Belə matç marağın artmasına səbəb olacaq.
Musayev Rusiya komandasının rəsmi oyunlar keçirə bilmədiyini və turnirlərdə oynamadığını xatırladıb: "Yoldaşlıq matçları keçirmək imkanı var və bundan istifadə etmək düzgündür. Yığmaya yeni oyunçular cəlb edilir. İş dayanmır. Ümid edirəm ki, tezliklə hər şey öz həllini tapacaq".