Meksika millisi Qətərdə keçirilən dünya çempionatında qrupda qalıb.
Sportnet.az-ın məlumatına görə, Cənubi Amerika təmsilçisi C qrupunun son turunda Səudiyyə Ərəbistanını 2:1 hesabı ilə məğlub etsə də, 1/8 finala adlaya bilməyib.
Hesabı 48-ci dəqiqədə Enri Martin açıb. 52-ci dəqiqədə Luis Çaves 2-ci topu rəqibin qapısından keçirib. Səudiyyə Ərəbistanının qoluna isə 90+5-ci dəqiqədə Salem Əl-Dosari imza atıb.
Bu nəticədən sonra Meksika millisi Polşa ilə eyni - 4 xala malik olsa da, topların nisbətinə görə rəqibindən geri qalıb və mundialla vidalaşıb.
---------------------------------------
Argentina millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, Cənubi Amerika təmsilçisi buna C qrupunun sonuncu - 3-cü turunda Polşa yığmasını 2:0 hesabı ilə məğlub etməklə nail olub.
Görüşdə hər iki qol 2-ci hissədə vurulub. 46-cı dəqiqədə Aleksis Makallister, 68-ci dəqiqədə isə Xulian Alvares fərqlənib.
Bu nəticədən sonra xallarını 6-ya çatdıran Argentina millisi qrup birincisi kimi pley-offa adlayıb və Avstraliyaya rəqib olub.
Bu qrupdan çıxan digər kollektiv isə Polşa millisi olub. Avropa təmsilçisi Meksika ilə eyni - 4 xala malik olsa da, topların nisbətinə (2:2) Cənubi Amerika kollektivini (2:3) üstələyib və 1/8 finala adlayıb. Avropa təmsilçisi bu mərhələdə Fransa ilə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya və Braziliya yığmaları 1/8 finala vəsiqə qazanıblar.
---------------------------------------
Fransa millisi Qətərdə keçirilən dünya çempionatının D qrupunu lider kimi başa vurub.
Sportnet.az-ın məlumatına görə, son turda Tunis yığması ilə qarşılaşan "xoruzlar" rəqibinə uduzub - 0:1.
Yeganə qolu 58-ci dəqiqədə Afrika təmsilçisindən Vəhbi Xəzri vurub. Məğlubiyyətə baxmayaraq, Fransa seçməsi 6 xalla 1/8 finala qrup birincisi kimi yüksəlib. Avropa təmsilçisi bu mərhələdə C qrupunun ikincisi ilə üz-üzə gələcək.
---------------------------------------
Qətərdə keçirilən dünya çempionatında 1/8 finalın daha bir iştirakçısı bəlli olub.
Sportnet.az-ın məlumatına görə, D qrupunun III turunda Danimarka yığmasını minimal hesabla məğlub edən Avstraliya adını pley-offa yazdırıb. "Yaşıl qitə" təmsilçisinə qələbə qazandıran qolu 60-cı dəqiqədə Mettyu Leki vurub.
Bu nəticədən sonra xallarını 6-ya çatdıran Avstraliya seçməsi Fransadan sonra qrup ikincisi kimi növbəti mərhələyə adlayıb. Komanda bu raundda C qrupunu ilk sırada bitiran yığma ilə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya və Braziliya yığmaları 1/8 finala vəsiqə qazanıblar.
-----------------------------------------
Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün sonuncu - 3-cü turun digər oyunları keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, C və D qruplarında mübarizə baş tutacaq.
C qrupunun lideri Polşa ikinci sıradakı Argentina ilə üz-üzə gələcək. Səudiyyə Ərəbistanı yığması Meksikanın müqavimətini qırmağa çalışacaq. Bu qrupda bütün komandaların 1/8 final mərhələsinə yüksəlmək şansları var.
D qrupunda pley-offu təmin edən Fransa Tunislə, Avstraliya isə Danimarka ilə münasibətlərə aydınlıq gətirəcək. Digər üç komandanın pley-off şansları davam edir.
DÇ-2022
Qrup mərhələsi, III tur
30 noyabr
C qrupu
23:00. Polşa Argentina - 0:2
Qollar: Aleksis Makallister, 46. Xulian Alvares, 67
23:00. Səudiyyə Ərəbistanı - Meksika - 1:2
Qollar: Salem Əl-Dosari, 90+5 - Enri Martin, 48. Luis Çaves, 52
Xal durumu: Polşa - 4, Argentina - 3, Səudiyyə Ərəbistanı - 3, Meksika - 1
D qrupu
19:00. Avstraliya - Danimarka - 1:0
Qol: Mettyu Leki, 60
19:00. Tunis - Fransa - 1:0
Qollar: Vəhbi Xəzri, 58
Xal durumu: Fransa - 6, Avstraliya - 6, Tunis - 2, Danimarka - 1
Qeyd edək ki, hələlik Fransa, Portuqaliya, Braziliya, Niderand, Seneqal, İngiltərə və ABŞ 1/8 finala yüksəlib.