Braziliya millisinin futbolçusu Neymar Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Cənubi Koreya ilə oyunda iştirak edə biləcək.
Sportnet.az-ın məlumatına görə, bu barədə yığmanın baş məşqçisi Tite mətbuat konfransında açıqlama verib. O, 30 yaşlı hücumçunun zədəsini sağaltdığını və meydana çıxmağa hazır olduğunu söyləyib.
Serbiyanı 2:0 hesabı ilə məğlub etdikləri qrup mərhələsinin ilk tur matçında zədələnən təcrübəli forvard növbəti 2 görüşü buraxıb.
Qeyd edək ki, dekabrın 5-də keçiriləcək Braziliya - Cənubi Koreya görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.