Niderland millisinin baş məşqçisi Lui Van Qal dünya çempionatlarında yeganə məğlubiyyətini Argentinadan alıb.
Sportnet.az-ın məlumatına görə, 71 yaşlı mütəxəssis mundiallarda milli komandanı indiyə qədər 11 oyuna çıxarıb.
“Narıncılar” bu qarşılaşmaların 9-da qələbə qazanıb, 1-də heç-heçə edibsə, yeganə yenilgi DÇ-2014-ün yarımfinal mərhələsində Argentina ilə matçda olub. Əsas vaxtı 0:0 hesabı ilə nəticələnən oyunun penaltilər seriyasında rəqibini üstələyən (4:2) cənubi amerikalılar finala yüksəliblər.
Qeyd edək ki, Niderland yığması DÇ-2022-nin 1/4 final mərhələsində dekabrın 9-da Argentina ilə qarşılaşacaq.