Futbol üzrə Belçika millisinin sabiq çalışdırıcısı Roberto Martines İspaniya yığmasının baş məşqçisi postuna keçə bilər.
Sportnet.az-ın məlumatına görə, 52 yaşlı mütəxəssisin bu vəzifədə Luis Enrikeni əvəzləməsi gözlənilir.
Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Mərakeşə oyunsonrası penaltilərlə məğlub olaraq mübarizəni dayandıran ispanlarda Enrikenin istefası müzakirə mövzusudur. Belçika millisinin DÇ-2022-də qrupda qalmasından sonra postunu tərk edən Martineslə İspaniya Futbol Federasiyası arasında ilkin danışıq da aparılıb.
Qeyd edək ki, ispaniyalı Roberto Martines 2016-2022-ci illər aralığında Belçika yığmasına rəhbərlik edib.