İngiltərənin “Mançester Yunayted” klubu millinin sabiq qapıçısı Cek Batlendi heyətinə qatıb.
Sportnet.az xəbər verir ki, “qırmızı şeytanlar” Premyer Liqanın digər təmsilçisi “Kristal Pelas”ın qapıçısını icarəyə götürüb.
29 yaşlı qolkiper bu gün yeni komandasında tibbi müayinədən keçdikdən sonra mövsümün sonuna qədər nəzərdə tutulan müqaviləyə qol çəkəcək. Oyunçu yayda yenidən “Kristal Pelas”a qayıdacaq.
Qeyd edək ki, Cek Batlend 2012-2018-ci illərdə İngiltərə millisinin formasını geyinib.