Səudiyyə Ərəbistanının “Əl Hilal” və “Əl İttihad” komandaları Fransa PSJ-sinin argentinalı futbolçusu Lionel Messi ilə maraqlanır.
Sportnet.az "Marca"ya istinadən xəbər verir ki, hər iki klub 35 yaşlı hücumçuya bir mövsüm üçün 350 milyon avro ödəməyə hazırdır. Amma onlar əvvəlcə maliyyə yardımı üçün ölkə rəhbərliyinə müraciət etmək niyyətindədirlər.
Bildirilib ki, hər iki klub hələ də FIFA-nın sanksiyaları altındadır və müxtəlif əməliyyatlarda yol verilən qanun pozuntularına görə gələn yayadək transfer edə bilməzlər.
Qeyd edək ki, daha öncə portuqaliyalı hücumçu Kriştianu Ronaldu “Əl Hilal”ın əsas rəqibi “Əl Nəsr”lə müqavilə imzalayıb. Anlaşmaya əsasən, 37 yaşlı hücumçu ildə 200 milyon avro alacaq.