
Premyer Liqasında XX tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, turun son oyununda çempionatın iddialı komandaları “Neftçi” və “Zirə” üz-üzə gəliblər.
Turnir cədvəlində “qonşu” olan rəqiblərin duelindən "ağ-qaralar" qalib ayrılıblar.İlk hissədə qapılara yol tapmaq mümkün olmayıb. Lakin “Neftçi” Voyislav Stankoviçin 52-ci dəqiqədə vurduğu yeganə qol sayəsində rəqibini 1:0 hesabı ilə məğlub edib. “Zirə” yeni transferi Vild Donald Geryenin 75-ci dəqiqədə qırmızı vərəqə alması səbəbindən qalan dəqiqələri azlıqda keçirib.
Bu nəticədən sonra xallarının sayını 41-ə çatdıran “Neftçi” üçüncü pillədəki mövqeyini bir qədər də möhkəmlədib. “Zirə” isə 31 xalla dördüncü yerdə qalıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sumqayıt” “Turan Tovuz”u (2:1), “Qarabağ” “Şamaxı”nı (3:1), “Səbail” “Kəpəz”i (1:0) öz meydanında, “Sabah” isə “Qəbələ”ni (3:0) səfərdə məğlub edib.
-------------------------------
Misli Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, günün ilk oyununda "Qəbələ" "Sabah"ı qəbul edib.
Qəbələ şəhər stadionundakı qarşılaşma paytaxt təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Bayquşlar"ın qollarını 60-cı dəqiqədə Davit Volkov, 70-ci dəqiqədə Con İrasabal, 89-cu dəqiqədə Coy Lens Mikels vurub.
Meydan sahiblərinin heyətində Ruan Renato 28-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Bu nəticədən sonra xallarının sayını 49-a çatdıran "Sabah" 2-ci pillədə qərarlaşıb. 26 xala malik "Qəbələ" 5-ci sıradadır.
Qeyd edək ki, tura bu gün keçiriləcək "Neftçi" - "Zirə" görüşü ilə yekun vurulacaq. Turun əvvəlki oyunlarında "Sumqayıt" evdə "Turan Tovuz"a 2:1, "Qarabağ" "Şamaxı"ya 3:1, "Səbail" isə "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəlib.
-----------------------------------
Bu gün futbol üzrə Misli Premyer Liqasında XX tura yekun vurulacaq. Sportnet.az-ın məlumatına görə, son oyun günündə 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçında 46 xalla 2-ci pillədə qərarlaşan "Sabah" 26 xalla 5-ci sırada yer alan "Qəbələ"nin qonağı olacaq.
Komandalar indiyədək ölkə çempionatında 17 dəfə üz-üzə gəliblər. Bunların 5-də əyalət təmsilçisi, 9-da paytaxt klubu qələbə qazanıb. 3 matçda qalib müəyyənləşməyib. Topların nisbətində də bakılıların üstünlüyü var - 25:16.
"Sabah" son 5 oyunda qol vurub və uduzmayıb. Son 7 qarşılaşmada iki və ya daha çox qol qeydə alınıb.
Turun son oyununda isə "Neftçi" "Bakcell Arena"da "Zirə"ni qəbul edəcək. Hazırda "ağ-qaralar" 38 xalla 3-cü, "qartallar" isə 31 xalla 4-cüdür.
Komandalar arasında bunadək baş tutmuş 28 Premyer Liqa matçında "Neftçi" 9, "Zirə" 12 qələbə qazanıb. 7 görüşdə heç-heçə qeydə alınıb. Topların fərqində isə Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda öndədir - 32:28.
“Neftçi”nin meydanındakı son üç görüşdə hər iki komanda qol vurub. “Zirə” 9 oyundur səfərdə qalib gəlmir.
Misli Premyer Liqası
XX tur
1 fevral (çərşənbə)
15:00. “Qəbələ” – “Sabah” - 0:3
Qollar: Davit Volkov, 60. Con İrasabal, 70. Coy Lens Mikels, 89
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Cəmil Quliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu.
17:30. “Neftçi” – “Zirə” - 1:0
Qol: Voyislav Stankoviç, 52
Qırmızı vərəqə: Donald Gerye, 75 ("Zirə")
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: İlham Əliyev
“Bakcell Arena”.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" evdə "Turan Tovuz"a 2:1, "Qarabağ" "Şamaxı"ya 3:1, "Səbail" isə "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəlib.