
"Zirə" səfərdə "Neftçi"yə qarşı keçirdiyi Azərbaycan Premyer Liqasının XX tur oyununda azlıqda qalıb.
Sportnet.az-ın məlumatına görə, qəsəbə təmsilçisinin yeni transferi Vild Donald Gerye 75-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.
Haitili futbolçu yeni komandası ilə debüt oyununda rəqib oyunçunun üzünə vurduğu üçün ikinci sarı vərəqə alıb. Gerye XXI turda “Qəbələ” ilə fevralın 5-də baş tutacaq qarşılaşmanı buraxmalı olacaq.
Qeyd edək ki, hazırda ikinci hissəsi gedən matçda “Neftçi” 1:0 hesabı ilə öndədir.