
Qış fasiləsində "Qarabağ"dan ayrılan Kvabena Ovusu Macarıstan "Ferentsvaroş"unda qol hesabını açıb.
Sportnet.az-ın məlumatına görə, qanalı hücumçu səfərdə "Pakş"a qarşı keçirilən ölkə çempionatının XVII tur oyununda fərqlənib.
Matça ehtiyatda başlayan 26 yaşlı forvard 65-ci dəqiqədə meydana daxil olub və cəmi 7 dəqiqə sonra rəqib qapısına yol tapıb. Afrikalı futbolçu hesabı bərabərləşdirən qola imza atıb.
Hazırda ikinci hissəsi oynanılan qarşılaşmada qonaqlar öndədir - 2:1.
Qeyd edək ki, "Ferentsvaroş" Kvabena Ovusu ilə imzalanmış müqavilənin müddətini açıqlamayıb.