Cari mövsüm Avropa liqalarında 21 yaşadək oyunçular arasında ən çox qol vurmuş futbolçular bəlli olub.
Sportnet.az-ın "Euro Foot" nəşrinə istinadən məlumatına görə, siyahıda Azərbaycan millisinin və "Qarabağ" klubunun hücumçusu Musa Qurbanlı da yer alıb.
Gənc forvard 14 qolla Fransanın "Reyms" komandasının oyunçusu Folorin Baloqanla birlikdə 1-2-ci yerləri bölüşdürür.
İlk "üç-lüy"ü Portuqaliya "Benfika"sından Qonsalu Ramuş (12 qol) qapayır.
Qeyd edək ki, Musa Qurbanlı 2019-cu ildən "Qarabağ"da çıxış edir. (Report)