Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start verilib.
Sportnet.az-ın məlumatına görə, günün yeganə oyununda "Kəpəz" "Qarabağ"ı qəbul edib.
Gəncə şəhər stadionundakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Hesabı 24-cü dəqiqədə Ağdam təmsilçisinin hücumçusu Musa Qurbanlı açıb. 49-cu dəqiqədə meydan sahiblərindən Ahmed Ayzaya bərabərlik qolunun müəllifi olub.
Xallarının sayını 57-yə çatdıran "köhlən atlar" liderdir. 14 xala malik Gəncə klubu 9-cu pilləyə yüksəlib.
Qeyd edək ki, turun "Neftçi" - "Sumqayıt" və "Zirə" - "Qəbələ" oyunları fevralın 5-də, "Şamaxı" - "Turan Tovuz" və "Sabah" - "Səbail" matçları isə fevralın 6-da keçiriləcək.
------------------------------------
Bu gün futbol üzrə Misli Premyer Liqasında XXI tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, açılış oyunu Gəncədə autsayder "Kəpəz"lə lider "Qarabağ" arasında keçiriləcək. Hazırda qonaqların 56, meydan sahiblərinin 13 xalı var.
Komandalar indiyədək ölkə çempionatında 51 dəfə üz-üzə gəliblər. Bunların 14-də "sarı-göylər", 28-də "köhlən atlar" qələbə qazanıb. 9 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də son çempionunun aşkar üstünlüyü nəzərə çarpır - 71:55.
“Qarabağ” ardıcıl 9 qələbə qazanıb. “Kəpəz” son 4 ev görüşündə quru hesabla uduzub.
Misli Premyer Liqası
XXI tur
4 fevral
14:00. "Kəpəz" - "Qarabağ" - 1:1
Qol: Ahmed Ayzaya, 49 - Musa Qurbanlı, 24
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Cəmil Quliyev, Əli Əliyev
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Gəncə şəhər stadionu
Qeyd edək ki, turun "Neftçi" - "Sumqayıt" və "Zirə" - "Qəbələ" oyunları fevralın 5-də, "Şamaxı" - "Turan Tovuz" və "Sabah" - "Səbail" matçları isə fevralın 6-da keçiriləcək.