"Layiqli qələbə qazandıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Şahin Diniyev "Zirə"yə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXII tur oyunundan sonra mətbuat konfransında deyib.
57 yaşlı mütəxəssis sonadək mübarizə apardıqlarını bildirib: "Matç istədiyimiz ssenaridə getdi. Rəqib çempionatımızda ən yaxşı futbol sərgiləyən üç kollektivdən biridir. Futbolçularımız oyun intizamına əməl etdilər. Mübarizə aparanda nəticə də gələcək. Bu qarşılaşmada xallar bizə lazım idi. Düşdüyümüz yer bizi sıxır. Sakitləşmək olmaz. Ümid edirəm ki, gələcək görüşlərdə daha yaxşı olacaq".