Futbol üzrə İngiltərə Premyer Liqasında XII turdan təxirə salınmış oyun keçirilib.
Sportnet.az-ın məlumatına görə, liderlik uğrunda matçda "Arsenal" və "Mançester Siti" komandaları üz-üzə gəliblər. Londondakı "Emireyts" stadionunda baş tutan qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə ilk qolu "şəhərlilər" vurublar. Kevin De Brüyne 24-cü dəqiqədə komandasını hesabda önə keçirib. 42-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən meydan sahiblərinin yarımmüdafiəçisi Bukayo Saka tarazlığı bərpa edib. 72-ci dəqiqədə Cek Qriliş "Mançester Siti"nin 2-ci qolunu vurub. Son nöqtəni isə 82-ci dəqiqədə Erlinq Holann qoyub.
Bu qələbə ilə xallarını 51-ə çatdıran "Mançester Siti" turnir cədvəlində ilk pilləyə yüksəlib. Eyni xala malik və rəqibindən bir oyun az keçirən "Arsenal" isə 2-ci sıraya enib.