Misli Premyer Liqasında XXIII tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, son oyunda “Zirə” ilə “Qarabağ” üz-üzə gəliblər.
Komandalar Zirə İdman Kompleksinin stadionunda qarşılaşıblar. Premyer Liqada iştirak etdiyi 2015-ci ildən bəri “Qarabağ” üzərində qələbə üzü görməyən qəsəbə təmsilçisinin həsrəti 30-cu görüşdə də davam edib.
Matçın taleyini son dəqiqələrdə vurulan avtoqol həll edib. Qismət Alıyevin 87-ci dəqiqədə topu öz qapısından keçirməsi sayəsində “Qarabağ” səfərdə 1:0 hesablı qələbə qazanıb.
Bu nəticədən sonra xallarının sayını 61-ə çatdıran “Qarabağ” liderliyini möhkəmlədib. “Zirə” isə 32 xalla dördüncü pillədə qərarlaşıb.
Turun əvvəlki oyunlarında “Kəpəz” “Şamaxı”nı (3:2), “Qəbələ” “Sumqayıt”ı (2:1), “Neftçi” “Səbail”i (3:0) öz meydanında, “Turan Tovuz” isə “Sabah”ı (2:0) səfərdə məğlub edib.
Qeyd edək ki, Premyer Liqada XXIV turun oyunları fevralın 24-27-si aralığında keçiriləcək.
-----------------------------------------
Misli Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Sabah” "Bank Respublika Arena"da “Turan Tovuz”u qəbul edib.
Meydan sahibləri matçın favoriti sayılsa da, qonaqlar gözlənilmədən hesabı açıblar. Natan Oduva 11-ci dəqiqədə qapıçı ilə təkbətək dueldə toru silkələyib. “Turan Tovuz” 35-ci dəqiqədə fərqi iki topa çatdırmağa çox yaxın olub. Lakin təyin olunan penaltini Ayxan Quseynov dəqiq yerinə yetirə bilməyib. Bakılıların baş məşqçisi Murad Musayev hakimin penalti qərarına kəskin etiraz etdiyi üçün qırmızı vərəqə ilə texniki zonadan qovulub.
Quseynov bunun əvəzini ikinci hissədə çıxıb. Rusiyalı yarımmüdafiəçi 64-cü dəqiqədə adını tabloya yazdırmağı bacarıb. Bu, qarşılaşmada vurulan son qol olub və “Turan Tovuz” “Sabah”la səfər oyununda sensasiya edərək, 2:0 hesablı qələbə qazanıb.
Bu nəticədən sonra xallarının sayını 26-ya yüksəldən “Turan Tovuz” altıncı pillədəki mövqeyini möhkəmlədib. “Sabah” isə 53 xalla ikinci yerdə qalıb.
Qeyd edək ki, turun başa çatan oyunlarında “Kəpəz” “Şamaxı”nı (3:2), “Qəbələ” “Sumqayıt”ı (2:1), “Neftçi” isə “Səbail”i (3:0) öz meydanında məğlub edib. “Zirə” – “Qarabağ” matçı saat 19:00-da başlayacaq.
---------------------------------------
Bu gün Misli Premyer Liqasında XXIII tura yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, son oyun günündə 2 qarşılaşma keçiriləcək.
Günün ilk görüşündə "Sabah" "Turan Tovuz"u qəbul edəcək. Hazırda paytaxt klubu 53 xalla 2-ci, bölgə təmsilçisi isə 23 xalla 6-cı pillədə qərarlaşıb.
İki komanda bunadək ölkə çempionatında cəmi 2 dəfə üz-üzə gəlib. Hər iki matçda bakılılar qələbə qazanıb. Topların nisbəti 4:1-dir. Paytaxtdakı görüşdə hər iki komanda qol vurub.
Turun son oyunu "Zirə" və "Qarabağ" arasında olacaq. "Qartallar" 32 xalla 4-cü sırada yer alıb. "Köhlən atlar" isə 58 xalla turnir cədvəlinə başçılıq edir.
Klublar indiyə qədər Premyer Liqada 29 matçda qarşılaşıb. Bunların 19-u Ağdam klubunun xeyrinə başa çatıb. "Zirə" indiyədək qalib gəlməyib. 10 görüşdə isə heç-heçə qeydə alınıb. "Qarabağ"ın 62 qoluna Bakı klubu 13 topla cavab verib.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda son iki səfərdə böyükhesablı qələbə qazanıb.
Misli Premyer Liqası
XXIII tur
19 fevral
16:30. "Sabah” - “Turan Tovuz” - 0:2
Qollar: Natan Oduva, 11. Ayxan Quseynov, 64
Hakimlər: Kamal Umudlu, Elşad Abdullayev, Cəmil Quliyev, Nicat İsmayıllı
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elman Musayev
"Bank Respublika Arena".
19:00. "Zirə" - "Qarabağ" - 0:1
Qol: Qismət Alıyev, 87 (avtoqol)
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Müslüm Əliyev, Vüqar Həsənli
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Zirə İdman Kompleksinin stadionu.
Qeyd edək ki, turun əvvəlki oyunların "Kəpəz" Gəncədə "Şamaxı"nı 3:2, "Qəbələ" evdə "Sumqayıt"ı 2:1, "Neftçi" isə "Səbail"i 3:0 hesabı ilə məğlub edib.