Türkiyə Futbol Federasiyası ölkədə qış transfer pəncərəsinin müddətinin növbəti dəfə uzadıldığını açıqlayıb.
Sportnet.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. Bildirilib ki, FİFA-nın razılığa ilə qış transfer pəncərəsi martın 5-ə qədər uzadılıb. Ölkədə baş verən güclü zəlzələ səbəbindən bu addım atılıb.
Qeyd edək ki, Türkiyədə transfer pəncərəsi daha əvvəl fevralın 18-ə kimi uzadılmışdı.