UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində ilk matçlara yekun vurulub.
"Report"un məlumatına görə, son oyun günündə də iki qarşılaşma baş tutub.
Turnirin favoritlərindən hesab olunan İngiltərənin "Mançester Siti" klubu Almaniyada "Leyptsiq"in qonağı olub. Görüş 1:1 hesabı ilə yekunlaşıb.
Digər oyun isə İtaliyada "İnter" və Portuqaliyanın "Portu" komandası arasında keçirilib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 1/8 finalın əvvəlki oyunlarında "Milan" İtaliyada İngiltərə "Tottenhem"inə, Almaniya "Bavariya"sı Fransada PSJ-yə, Dortmund "Borussiya"sı Almaniyada İngiltərənin "Çelsi" klubuna 1:0, Portuqaliya "Benfika"sı Belçikada "Brügge"yə, İtaliya "Napoli"si Almaniyada "Ayntraxt"a 2:0, İspaniya "Real Madrid"i isə İngiltərədə "Liverpul"a 5:2 hesabı ilə qalib gəlib.
------------------------------------------
Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində ilk matçlara yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, son oyun günündə də iki qarşılaşma baş tutacaq.
Turnirin favoritlərindən İngiltərə "Mançester Siti"si Almaniyada "Leyptsiq"in qonağı olacaq. Görüşü Niderlanddan olan Türkiyə əsilli Serdar Gözübüyük idarə edəcək.
Digər oyun isə İtaliyada "İnter" və Portuqaliyanın "Portu" komandası arasında keçiriləcək. Qarşılaşmanın baş hakimi serbiyalı Srcan Yovanoviç olacaq.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
22 fevral
00:00. "Leyptsiq" (Almaniya) - "Mançester Siti" (İngiltərə) - 1:1
Qollar: Yoşko Qvardiol, 70 - Riyad Mahrez, 27
Baş hakim: Serdar Gözübüyük (Niderland)
Leyptsiq, "RB Arena"
00:00. "İnter" (İtaliya) - "Portu" (Portuqaliya) - 1:0
Qol: Romelu Lukaku, 86
Qırmızı vərəqə: Otavio, 78 ("Portu")
Baş hakim: Srcan Yovanoviç (Serbiya)
Milan, "San Siro" stadionu