
Misli Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, turun və günün ikinci matçında "Qəbələ" səfərdə "Səbail"lə qarşılaşıb. "ASCO Arena"dakı görüş heç-heçə ilə başa çatıb - 2:2.
Hesabı 20-ci dəqiqədə qonaqlardan Ramon Maçado açıb. 51-ci dəqiqədə "dənizçilər"in hücumçusu Mirabdulla Abbasov tarazlığı bərpa edib. Cəmi 5 dəqiqə sonra Matiya Lyuyiç meydan sahiblərini önə çıxarıb. Görüşdə son nöqtəni isə 70-ci dəqiqədə fərqlənən Maçado qoyub.
Bu nəticədən sonra xallarını 32-ya çatdıran "Qəbələ" 5-ci pillədə qalıb. 17 xalı olan "Səbail" isə 8-ci sıraya yüksəlib.
Qeyd edək ki, XXIV turun açılış matçında "Zirə" səfərdə "Turan Tovuz"a 2:0 hesabı ilə qalib gəlib. Turun "Şamaxı" - "Sabah" və "Sumqayıt" - "Kəpəz" oyunları fevralın 25-də, "Qarabağ" - "Neftçi" görüşü isə fevralın 27-də keçiriləcək.
----------------------------------
Misli Premyer Liqasında XXIV tura start verilib.
Sportnet.az-ın məlumatına görə, açılış matçında "Turan Tovuz" "Zirə"ni qəbul edib. Tovuz şəhər stadionunda keçirilən görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Hər iki qol ilk hissədə vurulub. 27-ci dəqiqədə Moiz Adileu, 2 dəqiqə sonra isə Hamidu Keyta fərqlənib.
Bu qələbə ilə xallarını 35-ə çatdıran "Zirə" 4-cü pillədəki mövqeyini qoruyub. 26 xalı olan "Turan Tovuz" isə 6-cıdır.
Günün son oyununda "Qəbələ" "ASCO Arena"da "Səbail"in qonağı olacaq.
Qeyd edək ki, turun "Şamaxı" - "Sabah" və "Sumqayıt" - "Kəpəz" oyunları fevralın 25-də, "Qarabağ" - "Neftçi" görüşü isə fevralın 27-də keçiriləcək.
-----------------------------------
Bu gün Misli Premyer Liqasında XIV tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 2 görüş keçiriləcək.
Günün ilk matçında "Turan Tovuz" evdə "Zirə"ni sınağa çəkəcək. Hazırda meydan sahibləri 26 xalla 6-cı, qonaqlar isə 32 xalla 4-cü pillədə qərarlaşıb.
Komandalar indiyədək ölkə çempionatında cəmi 2 dəfə üz-üzə gəliblər. "Qartallar" hər iki görüşdə bölgə klubunu məğlub edib. Topların nisbətində də paytaxt təmsilçisinin üstünlüyü var - 5:2. Matçların hər ikisində tərəflər qol sevinci yaşayıblar.
Günün son oyununda isə 31 xalla 5-ci sırada olan "Qəbələ" "ASCO Arena"da 16 xalla sonuncu sırada yer alan "Səbail"in qonağı olacaq.
İki kollektivin bunadək öz aralarında baş tutan 21 duelində əyalət təmsilçisi 11, bakılılar 5 qələbə qazanıblar. 5 matçda qalib müəyyənləşməyib. "Qırmızı-qaralar"ın 37 qoluna "dənizçilər" 21 topla cavab veriblər.
Son üç qarşılaşmada 3 qol vurulub. “Qəbələ” ardıcıl iki qalibiyyət əldə edib.
Misli Premyer Liqası
XXIV tur
24 fevral (cümə)
14:00. "Turan Tovuz" - "Zirə" - 0:2
Qollar: Moiz Adileu, 27. Hamidu Keyta, 29
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Namiq Bəkirov
VAR: Vüqar Həsənli
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Tovuz şəhər stadionu.
19:00. "Səbail" - "Qəbələ" - 2:2
Qollar: Mirabdulla Abbasov, 51. Matiya Lyuyiç, 56 - Ramon Maçado, 20; 70
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Tural Qurbanov
VAR: Elçin Məsiyev
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
"ASCO Arena".
Qeyd edək ki, turun "Şamaxı" - "Sabah" və "Sumqayıt" - "Kəpəz" oyunları fevralın 25-də, "Qarabağ" - "Neftçi" görüşü isə fevralın 27-də keçiriləcək.