
Futbol üzrə Almaniya millisi tarixindəki 1000-ci oyununu Ukrayna yığmasına qarşı keçirmək istəyir.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, matçın bu ilin iyununda təşkili planlaşdırılır.
Qarşılaşmanın dəqiq tarixi ictimaiyyətə daha sonra açıqlanacaq.
Qeyd edək ki, Almaniya millisi 4 qat dünya və 3 qat Avropa çempionudur.