Türkiyə Super Liqasında 23-cü turun təxirə salınmış 2 oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Konyaspor" "Fənərbaxça"nın qonağı olub və 0:4 hesabı ilə uduzub. 26 yaşlı forvard bu görüşdə iştirak etməyib.
"Kayserispor" isə səfərdə "Giresunspor"a 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, turnir cədvəlinə 57 xalla (23 oyun) "Qalatasaray" başçılıq edir. "Fənərbaxça" 48 xalla (22 oyun) 2-ci, "Adana Demirspor" 41 xalla 3-cüdür. "Konyaspor" 30 xalla (23 oyun) 8-ci, "Giresunspor" 21 xalla (22 oyun) 17-cidir.
25 fevral
"Fənərbaxça" - "Konyaspor" - 4:0
Qollar: Valensiya, 13-pen, 45+6, Kinq, 61, Szalai, 78
Qırmızı vərəqə: Diouf, 22 ("Konyaspor")
"Giresunspor" - "Kayserispor" - 1:2
Qollar: Mane, 6, Thiam, 40