
Azərbaycanın tanınmış məşqçisi Qəhrəman Əliyev vəfat edib.
Sportnet.az-ın məlumatına görə, tanınmış mütəxəssis uzun sürən xəstəlikdən sonra 63 yaşında ikən dünyasını dəyişib.
Bir müddət əvvəl koronavirusa yoluxmuş Əliyev insult keçirərək komaya düşüb və bütün səylərə baxmayaraq komadan ayımayıb.
Qeyd edək ki, Qəhrəman Əliyev 11 avqust 1959-cu ildə Masallıda doğulub. O, ən böyük nailiyyətlərini yerli "Viləş" və "Şəmkir" komandalarında əldə edib. "Viləş"ə bürünc medal qazandırmış mütəxəssis "Şəmkir"lə çempion olmağı bacarıb.
Əliyev həm də Azərbaycan Premyer Liqasında 381 oyunla ən çox oyun keçirmiş baş məşqçidir.