
Almaniya 3-cü Bundesliqasında XXIV turun görüşləri davam edir.
Sportnet.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Ertsgebirge" doğma meydanda "Saarbrüken"i qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Nazarov oyuna start heyətdə başlayıb və 85-ci dəqiqədə əvəzlənib. O, 49-cu dəqiqədə komandasının ilk qolunu vurub. Futbolçusu 43-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, xallarını 30-a yüksəldən "Ertsgebirge" turnir cədvəlinin 23-cü pilləsində qərarlaşıb.