"Konyaspor"un baş məşqçisi Aleksandar Stanoyeviç Türkiyə Super Liqasının növbəti turunda Mahir Emrelinin xidmətindən yararlanacağına ümid edir.
Sportnet.az-ın məlumatına görə, serbiyalı mütəxəssis bu barədə ölkəsinin mətbuatına açıqlama verib.
O bildirib ki, "Giresunspor"a qarşı XXIII tur oyununda seçim imkanları daha çox olacaq: "Fənərbağça" ilə matçda transferlərdən, eləcə də yeni hücumçulardan istifadə edə bilmədik. Növbəti duel üçün daha çox seçimimiz və özümüzü daha yaxşı tərəfdən göstərmək şansımız olacaq".
Qeyd edək ki, müqavilə ilə Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasına məxsus olan Mahir Emreli "Konyaspor"da cari mövsümün sonunadək icarə əsasında çıxış edəcək.