Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start verilib.
Sportnet.az-ın məlumatına görə, günün yeganə oyununda "Zirə" "Şamaxı"nı qəbul edib.
Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. "Qartallar"ın qollarını 29-cu dəqiqədə Hamidu Keyta vurubsa, 79-cu dəqiqədə Nihad Quliyev avtoqol müəllifi olub.
"Şamaxı"nın heyətində 60-cı dəqiqədən penaltidən Amil Yunanov, 73-cü dəqiqədə isə Kamran Quliyev fərqlənib.
Paytaxt klubu hazırda 36 xalla 4-cü, bölgə təmsilçisi isə 19 xalla 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun "Səbail" - "Sumqayıt" və "Sabah" - "Kəpəz" oyunları martın 4-də, "Qəbələ" - "Qarabağ" və "Neftçi" - "Turan Tovuz" matçları isə martın 5-də keçiriləcək.
-----------------------------------------------
Bu gün Mislin Premyer Liqasında XXV tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutacaq. Hazırda 35 xalla 4-cü pillədə qərarlaşan "Zirə" 19 xalla 8-ci olan "Şamaxı"nə qəbul edəcək.
Komandalar indiyədək ölkə çempionatında 29 dəfə üz-üzə gəlib. Bunların 11-də paytaxt klubu, 6-da bölgə təmsilçisi qələbə qazanıb. 12 qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbətində də "qartallar"ın aşkar üstünlüyü var - 34:27.
"Şamaxı" son 10 oyunda "Zirə"yə qalib gəlməyib. Bakılılar ardıcıl 7 matçda qol buraxmayıblar.
Misli Premyer Liqası
XXV tur
3 mart (cümə)
17:00. "Zirə" - "Şamaxı" - 2:2
Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Cəmil Quliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Zirə İdman Kompleksinin stadionu.
Qeyd edək ki, turun "Səbail" - "Sumqayıt" və "Sabah" - "Kəpəz" oyunları martın 4-də, "Qəbələ" - "Qarabağ" və "Neftçi" - "Turan Tovuz" matçları isə martın 5-də keçiriləcək.