PSJ Çempionlar Liqasında antirekorda imza atıb.
Sportnet.az xəbər verir ki, Paris klubu tarixində ilk dəfə bir mövsüm ərzində ÇL-də keçirdiyi bütün matçlarda qapısında qol görüb.
Komanda bu mövsüm qrup mərhələsindən sonra keçirdiyi 8 görüşün hamısında qol buraxıb.
Xatırladaq ki, PSJ Çempionlar Liqasının 1/8 finalında "Bavariya" ilə mübarizədə uduzaraq (0:1, 0:2) turnirlə vidalaşıb.