"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen La Liqada yeni rekorda imza atıb.
Sportnet.az xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb.30 yaşlı qolkiper cari mövsüm yerli çempionatda çıxdığı 25 oyunun 19-da qol buraxmayıb. Nəticədə o,belə nəticəyə imza atan ilk qapıçı adını qazanıb.
Ter Ştegen 1993/94 mövsümündə La Liqada 25 oyunun 18-də qol buraxmayan "Deportivo"nun qapıçısı Fransisko Llanyonu ötüb.
Qeyd edək ki, almaniyalı oyunçu 2014-cü ildən "Barselona"nın formasını geyinir.