"Turan Tovuz"un futbolçusu Siyanda Xulu Cənubi Afrika Respublikası millisinə dəvət alıb.
Sportnet.az-ın məlumatına görə, 32 yaşlı müdafiəçi Liberiya ilə keçiriləcək Afrika Millətlər Kubokunun təsnifat mərhələsinin oyunları üçün yığmaya cəlb olunub.
Qarşılaşmalar müvafiq olaraq, martın 24-ü və 28-də baş tutacaq.