UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin püşkü atılıb.
Sportnet.az-ın məlumatına görə, "Qarabağ"ın keçmiş rəqiblərindən Polşa "Lex"i İtaliya "Fiiorentina"sına, Belçika "Gent"i isə İngiltərə "Vest Hem"inə rəqib olub.
UEFA Konfrans Liqası
1/4 final
"Lex" (Polşa) - "Fiorentina" (İtaliya)
"Gent" (Belçika) - "Vest Hem" (İngiltərə)
"AZ Alkmaar" (Niderland) - "Anderlext" (Belçika)
"Bazel" (İsveçrə) - "Nitsa" (Fransa)
Püşkatma nəticəsində yarımfinal cütlükləri və finalın nominal meydan sahibləri də müəyyənləşib.
Yarımfinal
"Lex" (Polşa) - "Fiorentina" (İtaliya) / "Bazel" (İsveçrə) - "Nitsa" (Fransa)
"Gent" (Belçika) - "Vest Hem" (İngiltərə) / "AZ Alkmaar" - "Anderlext" (Belçika)
Final
1-ci cütün qalibi - 2-ci cütün qalibi
Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab matçları bundan bir həftə sonra gerçəkləşəcək. Yarımfinal görüşləri mayın 11-i və 18-də olacaq. Turnirin final görüşü isə iyunun 7-də Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçiriləcək.