Türkiyənin "Qalatasaray" klubunun bir neçə futbolçusu "Qarabağ"la xeyriyyə matçı üçün Bakıya gəlməyəcək.
Sportnet.az xəbər verir ki, səbəb həmin oyunçuların "ay-ulduzlular"ın heyətinə dəvət almasıdır. "Sarı-qırmızılar"dan müdafiəçi Abdülkerim Bardakcı, yarımmüdafiəçi Barış Alper Yılmaz və Kerem Aktürkoğlu Türkiyə millisinin Ermənistan və Xorvatiyaya qarşı keçirəcəyi 2024-cü il Avropa çempionatının seçmə qrup oyununa çağırılıb.
Baş məşqçi Ştefan Kunts ümumilikdə 28 futbolçuya dəvət göndərib:
Qapıçılar: Altay Bayındır ("Fənərbağça"), Mert Günok ("Beşiktaş"), Uğurcan Çakır ("Trabzonspor)
Müdafiəçilər: Mehmet Zeki ("Roma", İtaliya), Onur Bulut ("Beşiktaş"), Abdülkerim Bardakcı ("Qalatasaray"), Cenk Özkacar ("Valensiya", İspaniya), Çağlar Söyüncü ("Lester", İngiltərə), Merih Demiral ("Atalanta", İtaliya), Ozan Kabak ("Hoffenhaym", Almaniya), Samet Akaydin ("Fənərbağça"), Tayyip Talha Sanuç ("Beşiktaş"), Evren Eren Elmalı ("Trabzonspor"), Ferdi Kadıoğlu ("Fənərbağça")
Yarımmüdafiəçilər / Hücumçular: Abdülkadir Ömür ("Trabzonspor"), Barış Alper Yılmaz ("Qalatasaray"), Cengiz Ünder ("Marsel", Fransa), Arda Güler ("Fənərbağça"), Hakan Çalhanoğlu ("İnter", İtaliya), İsmail Yüksek ("Fənərbağça), Mehmet Can Aydın ("Şalke", Almaniya), Orkun Kökçü ("Feyenoord", Niderland), Salih Özcan ("Borussiya", Dortmund, Almaniya), İrfan Can Kahveci ("Fənərbağça"), Kerem Aktürkoğlu ("Qalatasaray"), Cenk Tosun ("Beşiktaş"), Enes Ünal ("Xetafe", İspaniya), Umut Nayir ("Ümraniyespor")
Qeyd edək ki, martın 25-də Ermənistanın qonağı olacaq Türkiyə millisi 3 gün sonra Xorvatiyanı qəbul edəcək. "Qarabağ" - "Qalatasaray" görüşü isə martın 26-da Bakı Olimpiya Stadionunda gerçəkləşəcək.