Almaniyanın "Bayer" klubunun futbolçusu Serdar Azmun İran yığmasının təlim-məşq toplanışına qatılmaqdan imtina edib.
Sportnet.az-ın məlumatına görə, 28 yaşlı hücumçu ailə vəziyyətini səbəb göstərib. O, müvafiq xahişlə komanda rəhbərliyinə müraciət ünvanlayıb.
Beləliklə, Azmun Rusiya və Keniyaya qarşı yoldaşlıq görüşlərini buraxmalı olacaq.
Qeyd edək ki, bu mövsüm təcrübəli forvard "Bayer"də 28 oyuna 2 qol vurub və 3 məhsuldar ötürmə edib.