"Gələn il Almaniyada keçiriləcək Avropa çempionatı zamanı evdə televizorun qarşısında oturub necə axmaq olduğumuzu düşünmədikdə hər kəs üçün xoş olacaq".
Sportnet.az xəbət verir ki, bu sözləri Avro-2024-ün seçmə mərhələsində bu gecə millimizlə qarşılaşacaq Avstriya yığmasının üzvü Mixael Qriqoriç deyib.
O, yerli mətbuata açıqlamasında seçmə mərhələnin ilk iki oyunda mütləq qalib gəlməli olduqlarını bildirib: "Avstriya Azərbaycan və Estoniyadan güclüdür. Hər birimiz bunu bilirik. Gələn il Almaniyaya getmək istəyiriksə, mütləq bu ev oyunlarında qalib gəlməliyik. Hər bir rəqibə 100 faiz ciddi yanaşmalı və əlimizdən gələni etməliyik. Onda əminəm ki, 6 xal qazanacağıq".
Qeyd edək ki, bu gün keçiriləcək Avstriya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.