17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, rəqib meydan sahibi Bosniya və Herseqovina yığması olub.
Oyun 2:0 hesabı ilə yerli komandanın xeyrinə başa çatıb.
Milli qrupda sonuncu oyununu martın 28-də Monteneqroya qarşı keçirəcək.
Qeyd edək ki, Azərbaycan yığması ilk görüşündə Qazaxıstana eyni hesabla qalib gəlib.