Futbol üzrə Azərbaycan milli komandası AVRO-2024-ün seçmə qrup mərhələsində ikinci oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv səfərdə İsveç yığması ilə üz-üzə gəlib.
Solna şəhərindəki "Friends Arena"da təşkil olunmuş F qrupunun matçı meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:0.
Qollardan dördü ikinci hissədə vurulub. İlk yarıda isə Azərbaycan millisi 38 dəqiqə duruş gətirə bilib. Hesabı Emil Forsberq açıb. 65-ci dəqiqədə Bəhlul Mustafazadə topu öz qapısına vurub. Viktor Dyökereş 79-cu dəqiqədə fərqi üçə çatdırıb. Yesper Karlsson 88-ci, Antoni Elanqa 89-cu dəqiqədə fərqlənərək, son qolların müəllifləri olublar.
Beləliklə, ardıcıl ikinci dəfə böyük hesabla uduzan Azərbaycan millisi son pillədə yer alıb.
AVRO-2024, seçmə mərhələ
II tur
27 mart
F qrupu
22:45. İsveç – Azərbaycan - 5:0
Qollar: Emil Forsberq, 38. Bəhlul Mustafazadə, 65 (öz qapısına). Viktor Dyökereş, 79. Yesper Karlsson, 88. Antoni Elanqa, 89
Baş hakim: Stefani Frappar
Solna, "Frends Arena".