"Qarabağ" Misli Premyer Liqasında XXIX turun "Kəpəz"ə qarşı ev oyununa itki ilə çıxacaq.
Sportnet.az xəbər verir ki, Julio Romao bu gün "Şamaxı" ilə səfər matçında növbəti sarı vərəqəni alaraq, cəzalı duruma düşüb.
25-ci dəqiqədə baş hakim Rauf Cabbarovun qəzəbinə tuş gələn 25 yaşlı yarımmüdafiəçi növbəti tur matçında meydana çıxa bilməyəcək.
Qeyd edək ki, aprelin 9-da "Azersun Arena"da keçiriləcək "Qarabağ" - "Kəpəz" oyunu saat 18:30-da başlanacaq.