
Hərəkətli, sürətli oyunun şahidi olduq. Vacib olan qələbəni qazandıq. Qarşıda bizi 6 finala bərabər oyun gözləyir. Rahatlaşmağa, qələbəni qeyd eləməyə vaxtımız yoxdur. “Qarabağ”la oyuna köklənməliyik.
Sportnet.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının XXX turunda “Səbail”ə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransıda deyib.
Dəyişikliklər oyunumuzu canlandırdı. 1-ci hissədə müdafiəni yarmaqda çətinlik çəkirdik. 2-ci hissədə gözəl qollar vurduq.
11, 12 tur keçib, yalnız bu gün istədiyimiz heyəti meydana buraxa bildik, amma hələ də zədələrimiz kifayət qədərdir. Bu gün hamı ideal formada deyildi.
İsaak universal futbolçudur. Hazırda sol cinahla bağlı sıxıntılar yaşıyırq. Ona görə də bu gün İsaak orada oynadı. İlk oyunu idi, buna görə də biraz həyəcanlı idi. Donaldın olmaması bizim üçün böyük itkidi.
Bu illər ərzində Azərbaycan futboluna çox futbolçu qazandırmışıq. Oyundan əvvəl gənc qapıçını meydana buraxmaq ağlımdan keçdi, lakin risk etmədim.
Ruslan Abışova şans verməməyimə səbəb yalnız rəqabətdir. Onun da mikro zədələri çox olub. Bu gün Ruslanın gənc vaxtlarındaki oyununa müdafiədə çox ehtiyacımız var.
Hazırda müdafiə və qapıçı mövqeyinə heç-bir futbolçu axtarışında deyilik.