Misli Premyer Liqasında 32-ci tura start verilib.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. Qəbələ şəhər stadionunda "Kəpəz" "Sumqayıt"ı qəbul edib. Görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 64-cü dəqiqədə Vüsal İsgəndərli vurub. Bununla da xalını 28-ə yüksəldən "Sumqayıt" 7-ci pillədəki "Kəpəz"lə xal fərqini minimuma endirib.
Digər görüşdə isə "Sabah" "Bank Respublika Arena"da "Şamaxı"nı qəbul edib. Aleksey Kaşukun 7-ci dəqiqədə vurduğu qol matçda yeganə olub. Qarşılaşmanın sonlarında meydan sahiblərinin baş məşqçisi Murad Musayev hakimlərə sərt formada etiraz etdiyi üçün qırmızı vərəqə alıb.
Beləliklə, "Sabah" xalını 74-ə çatdırıb və lider "Qarabağ"la xal fərqini 4-ə endirib. "Şamaxı" isə 23 xalla 9-cudur
Qeyd edək ki, turun digər oyunları 1-2 mayda keçiriləcək. aprelin 30-da oynanılmalı olan "Neftçi" - "Qarabağ" matçı mayın 2-nə təxirə salınıb.
Misli Premyer Liqası, 32-ci tur
29 aprel (şənbə)
16:00. “Kəpəz” – “Sumqayıt” - 0:1
Qol: Vüsal İsgəndərli, 64
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Nicat İsmayıllı
Qəbələ şəhər stadionu
18:30. “Sabah” – “Şamaxı” - 1:0
Qol: A.Kaşuk, 7
Hakimlər: Fərid Hacıyev, Cəmil Quliyev, Teymur Teymurov, Rəvan Həmzəzadə
“Bank Respublika Arena”.