
İsveçrə Superliqasında 33-cü turun oyunları keçirilir.
Sportnet.az xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Qrasshopper" "Lüzern"i qəbul edib və 2:0 hesabı ilə qalib gəlib.
"Qrasshopper" - "Lüzern" - 2:0
Qollar: Kavabe, 68, Lusley, 76
Renat Dadaşov 87-ci dəqiqədə meydana daxil olub.
Xallarını 43-yə yüksəldən "Qrasshopper" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.