Marselo Byelsa Uruqvay millisinin baş məşqçisi təyin edilib.
Sportnet.az xəbər verir ki, bu barədə Uruqvay Futbol Federasiyasının saytı məlumat yayıb. Argentinalı mütəxəssis komandanı DÇ-2026-nın seçmə mərhələsinə hazırlayacaq. Müqavilənin şərtləri açıqlanmayıb.
Bu, Byelsanın milli komandalarla üçüncü təcrübəsidir. O, daha əvvəl Argentina (1998-2004) və Çili (2007-2011) millilərini çalışdırıb.
Qeyd edək ki, 67 yaşlı məşqçinin son iş yeri 2022-ci ilin fevralında ayrıldığı "Lids" olub.