"Qarabağ"ın albaniyalı futbolçusu Redon Cica ölkəsinin "Supersport" telekanalına açıqlama verib.
Sportnet.az xəbər verir ki, o, Ağdam təmsilçisi ilə bu mövsüm yaşadığı ölkə çempionluğu haqda danışıb: "Azərbaycanda "Qarabağ"ın çempionluğunu təmtaraqlı qeyd etmədik. Komanda son illər tez-tez ölkə çempionu olmağa öyrəşib və bu, yenilik deyil".
24 yaşlı hücumçu Azərbaycana və "Qarabağ"a uyğunlaşdığını deyib: "Yüngül zədə almışam və 100 faiz hazır deyiləm. Mümkün qədər yaxşı mövsüm üçün əlimdən gələni edirəm. Nə vaxt şansım olsa, əlimdən gələni edəcəyəm və rəhbərliyin transferə olan etimadını doğruldacağam. Fasilə mənə kömək edəcək. Sonra yeni mövsümdə start heyətində olmaq üçün hazırlıq mərhələsində əlimdən gələni edəcəyəm".