"Yuventus"un futbolçusu Leonardo Bonuççi 2023/24 mövsümündən sonra karyerasını başa vuracaq.
Sportnet.az xəbər verir ki, bu barədə 36 yaşlı müdafiəçi öz açıqlamasında bildirib. O deyib: "Gələn mövsümün sonunda karyeramı başa vuracağam. Ümid edirəm ki, gələcək nəslin bir çox müdafiəçiləri məni öz kumirləri hesab edəcəklər".
Qeyd edək ki, Leonardo 2018-ci ildən Turin təmsilçisində oynayır. O, 2010-cu ildən İtaliya yığmasının üzvüdür.