Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Sportnet.az UEFA-nın saytına istnadən xəbər verir ki, bu, "Sevilya"nın oyunçusu Erik Lameladır.
O, azarkeşlər arasında keçirilən sorğuda komanda yoldaşı İvan Rakitiç, "Roma"dan Nemanya Matiç, "Bayer"dən (Leverkuzen) Florian Virtsi qabaqlayıb
Qeyd edək ki, Lamela "Yuventus"a qalib gəldikləri yarımfinalın cavab matçında (2:1) 1 qol vurub, 1 qol ötürməsi edib.