"Tottenhem" azarkeşləri növbəti dəfə klub prezidenti Daniel Leviyə etiraz ediblər.
Sportnet.az xəbər verir ki, Premyer Liqanın 37-ci turunda səfərdə "Brentford"la görüşdə fanatlar “Levi get!” şüarları səsləndiriblər. Həmçinin onlar meydançaya qara şarlar atıblar.
Daniel Levi 2001-ci ildən "Tottenhem"in prezidentidir. Aprel ayında da azarkeşlər onun istefasını tələb edərək şüarlar səsləndirmişdilər.