İngiltərə Premyer Liqasında 2022/2023 mövsümünün qalibi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu, "Mançester Siti"dir. Xosep Qvardiolanın baş məşqçisi olduğu komandanın ən yaxın izləyicisi "Arsenal" bu gün 37-ci turda səfərədə "Nottinqem Forest"ə 0:1 hesabı ilə uduzub. Bu görüşdən sonra "Mançester Siti" 1-ci pilləni təmin edib.
Hazırda 32 oyundan 85 xalı olan Mançester təmsilçisi yarışın bitməsinə 1 tur qalmış ən yaxın izləyicisi "Arsenal"la xal fərqini 4-də saxlayıb və ardıcıl 3-cü, ümumilikdə isə 9-cu dəfə ölkə çempionu olub.
Qeyd edək ki, "Mançester Siti" Çempionlar Liqası və İngiltərə kubokunda da finala yüksəlib.