"Çelsi"nin müdafiəçisi Benya Badyaşil zədələnib.
Sportnet.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Benya zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. 22 yaşlı futbolçunun bud nahiyəsində zədə var.
Badyaşil London təmsilçisinə bu ilin yanvar ayında keçib. London klubu onu “Monako”dan 38 milyon avroya alıb və 7,5 illik müqavilə imzalayıb.
Fransalı oyunçu "Çelsi"nin heyətində Premyer Liqada 11 matçda 1 qol vurub, 2 sarı vərəqə alıb.
Qeyd olunur ki, Badyaşil zədə səbəbindən uzun müddət oynamayacaq.