
"Mançester Yunayted”in futbolçusu Markus Reşford klubda bu mövsümün ən yaxşı oyunçusu seçilib.
Sportnet.az xəbər verir ki, o, klubun saytında azarkeşlər arasında keçirilən səsvermədə 1-ci olub.
Qeyd edək ki, Reşford bu mövsüm "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 30 qol vurub və 11 qolun ötürməsini verib.