Bu gün Millətlər Liqasında "Dördlər finalı"nın ilk yarımfinal oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, Niderland Xorvatiya ilə üz-üzə gəlib. Rotterdamdakı "Feyenoord Stadionu"nda keçirilən görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Buna görə də matçda əlavə vaxt oynanılıb. Xorvatiya millisi əlavə vaxtda daha iki dəfə fərqlənib və 4:2 hesablı qələbə qazanaraq finala yüksəlib.
Yarımfinalın digər matçı iyunun 15-də İspaniya və İtaliya arasında olacaq.
Qeyd edək ki, final iyunun 18-də keçiriləcək.
Millətlər Liqası, "Dördlər finalı"
Yarımfinal
14 iyun
22:45. Niderland - Xorvatiya - 2:4
Qollar: Doniell Malen, 34. Noa Lanq, 90+6 - Andre Kramariç, 55. Mario Paşaliç, 73. Bruno Petkoviç, 98. Luka Modriç, 116
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Rotterdam, "Feyenoord Stadionu"
15 iyun
22:45. İspaniya - İtaliya
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
"De Qrolş Stadionu"