"Qarabağ" "Linkoln"la (Cəbəllütariq) oyunun son hazırlıqlarını İspaniyada keçirəcək.
Sportnet.az xəbər verir ki, hazırda Avstriyada təlim-məşq toplanışında olan Ağdam təmsilçisi hazırlığın 3-cü mərhələsi üçün İspaniyanın Marbela şəhərinə yola düşəcək. Komanda 5-9 iyul tarixlərində orada təlim-məşq toplanışı keçəcək. Daha sonra "Qarabağ" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Linkoln"la ilk oyun üçün avtobusla Cəbəllütariqə səfər edəcək. Marbela ilə Cəbəllütariq arasında məsafə 40-60 dəqiqədir.