PSJ-nin futbolçusu Neymar vətəni Braziliyadakı mülkündə gölməçə yaratdığına görə 3,3 milyon dollar cərimələnib.
Sportnet.az xəbər verir ki, futbolçunun torpaq sahəsi Rio-de-Janeyronun cənub sahilində - Manqaratibada yerləşir. Hakimiyyət braziliyalı hücumçunu süni gölməçə və üzgüçülük sahəsi inşa etdiyinə görə 16 milyon real (təxminən 3,3 milyon dollar) cərimələyib. Yerli prokurorluğun məlumatına görə, futbolçu lisenziyasız işə başlayıb və lazımi ekoloji nəzarəti həyata keçirməyib. Bundan əlavə, o, həm də “torpağı köçürmək” və “bitki örtüyünü məhv etmək” maddələri ilə ittiham olunur.