"Yuventus"dan ayrılan Anhel Di Mariyanın yeni klubu bəlli olub.
Sportnet.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi "Benfika"y keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Azad agent olan oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 35 yaşlı futbolçu 2007-2010-cu illərdə də "Benfika"da çıxış edib. O, 2010-cu ildə Madrid 'Real"ına keçmişdi.